Yemək seçimlərimiz ətraf-mühitə necə təsir edir?

Yemək seçimlərimiz ətraf-mühitə necə təsir edir?

Lukasz Aleksandrowicz

Rosemary Green

Edward Joy

Pete Smith

Andy Haines

Tərcümə: Nuranə Məlikbəyli

 

Xülasə

Hansı dietlər ən sağlam və ekoloji cəhətdən təmizdir? Bir çox alimlər insanların qidasının ətraf mühitə təsirlərini araşdıraraq buna cavab verməyə çalışıblar. Sual sağlamlıq və ətraf mühitlə bağlı seçimlərin qarşılıqlı əlaqəsinin necə olması idi. Bu sualın cavabını tapmaq üçün müxtəlif məlumatlar topladıq. İnsan sağlamlığı üçün zəruri olan içdiyimiz suyun, kənd təsərrüfatında istifadə etdiyimiz torpağın istifadə formasının, istixana qazının təbiətə təsiri öyrənilməyə çalışıldı. Ümumiyyətlə, biz müəyyən etdik ki, əgər insanlar daha az heyvan mənşəli qida yesələr, öz qidalanma vərdişlərini dəyişsələr və daha çox meyvə-tərəvəz yesələr,  qidalanma ümumiyyətlə ətraf mühitə daha az mənfi təsir göstərəcək. Bundan əlavə, bunun insanların sağlamlığına da faydası olacaq. 

Giriş

Yediyimiz qidaları istehsal etmək üçün ətraf mühitdən böyük miqdarda istifadə edirik. Qida istehsalatı üçün geniş torpaq sahələri və çox miqdarda su lazım olur. Torpaq və sudan istifadə etməklə yanaşı qida istehsalı zamanı istifadə olunan traktor və kombaynların işləməsi üçün yandırılmış yanacaqlar çoxluq miqdarda istixana effekti yaradır. Elm adamları bildirirlər ki, hər il atmosferə insanların qida istehsalı nəticəsində 30% (ümumi emisiyanın) istixana qazları buraxılır.

Ət istehsalı üçün inək və qoyun yetişdirilməsi xüsusilə böyük torpaq sahələri, sudan istifadə də istixana qızlarına səbəb olur.

Buna görə də araşdırmaq istədik ki, insanların qidalarını dəyişmələri əhəmiyyətli dərəcədə dəyişikliyə səbəb ola bilərmi? Bu dəyişiklik ətraf mühitə necə təsir edər? Hansı qidalar özümüz və planetimiz üçün ən faydalıdır?

Gündəlik həyatımızdakı qida seçimləri ətraf mühitə necə təsir edir?

Metodlar

Ətraf mühitlə bağlı 63 əvvəlki tədqiqatları araşdırdıq. Bu tədqiqatlar dəyişən qida vərdişləri, sudan və torpaqdan istifadə, istixana qazlarının və insan sağlamlığına təsirləri haqqında idi. Bu tədqiqatların əksəriyyəti yüksək gəlirli ölkələrdə aparılmışdı. Araşdırmadan sonra tədqiqatların nəticələrini məqalədə ümumiləşdirdik.

Tədqiqatların hər biri bir ölkədə və ya bölgədə aparılmış nəticələri təhlil etdi. Ekoloji cəhətdən alternativ qidalanma üçün  orta qidalanma nəzərdə tutulur. Hər bir müqayisə qida istehsal etmək üçün havaya buraxılan istixana qazlarının miqdarında dəyişiklikləri hesabladıq, su istifadəsi (gündə adam başına litrlə), torpaq istifadəsi (illik adam başına kvadrat metrə) tələb olunur. Biz buna baxmayaraq əmin olduq ki, müqayisəli dietlər müxtəlif qidalardan ibarət idi, qidalar təxminən eyni miqdarda kalori ehtiva etsə də buraxılan istixana qazının miqdarında azalmaya nail ola bilərik. Təsir insanların sadəcə az yemək yeməsi ilə bağlı deyil.

Nəticələr

Alimlər tərəfindən ekoloji cəhətdən daha davamlı olan 14 diet müəyyən etdik. Bunlara daxildir: veqan, vegetarian, peskatarian və qırmızı əti əvəz edən toyuq əti və başqaları. (şəkil 2)

Ümumiyyətlə araşdırmamız nəticəsində məlum oldu ki ət yeyintisinin azalması daha az istixana qazı buraxılmasına, daha az torpaq sahəsinin istifadəsinə və daha az su istifadəsinə səbəb olur. Tədqiqatlar sırasında  bəzi ölkələrdə ət yeməyənlərlə yeyənlər arasında 70% fərq tapıldı. Daha davamlı dietlər nəzərdən keçirildi və artan meyvə-tərəvəzin sağlamlığı artırdığını, qırmızı ət yeyənlərin isə daha çox sağlamlıq problemləri yaşadığını müşahidə etdik.

 

Şəkil 2: İstixana qazı emisiyalarında (kq CO₂ ekvivalenti! Adam/il) orta ilkin diet və alternativ dietlər arasında fərqlər.

Müzakirə

Bizim araşdırmamız göstərdi ki, ət və süd istehlakının azaldılması qidalanmanın ətraf mühitə təsirini azalda bilər. Reallıq daha mürəkkəbdir, fərqli yerlərdə qida yetişdirmənin forması havaya buraxılan istixana qazının miqdarına, suyun kirlənməsinə və torpağın şoranlaşmasına və səhralaşmaya təsir edir.

Məsələn, nəzərə alın ki, isti bir iqlimdə pomidor yetişdirmək və onları qapınıza çatdırmaq, istilik üçün elektrik tələb edən istixanalarda yetişdirməkdən daha az emissiyaya səbəb ola bilər. Eynilə mal-qara otarmaq üçün torpaqdan istifadə çox yer tuta bilər, “fermer təsərrüfatında” isə daha az torpaq istifadə olunur, lakin bu qida yetişdirmənin ən dayanıqlı yolu olmaya bilər.

Onu da qeyd etmək lazımdır ki, suyun istifadəsi hər yerdə eyni deyil. Kənd təsərrüfatı üçün yağış, yeraltı sular və yerüstü sularından istifadə olunur. Amma davamlılıq baxımından məhsulu yetişdirmək üçün yağış suyundan istifadə çox daha faydalıdır, çünki yeraltı suların azalması və çayların qurumasın beləcə baş vermir.  

Ətraf mühit və sağlamlıq arasında başqa əlaqələr də var. Məsələn, şəkər və yağ istehsalı zamanı daha az emissiyalar xaric olunur, amma bunlar da sağlamlığa zərərlidir.

Tədqiqatçılar hələ də bu cür mürəkkəb əlaqələri araşdırırlar. Görəsən hansı davamlı inkişafı dəstəkləyən dietlər ölkə və şəhərlərdə müsbət dəyişikliyə səbəb ola bilir. ABŞ və Böyük Britaniya kimi inkişaf etmiş ölkələrdə az miqdarda ət və süd məhsullarının istehlakı və çox miqdarda meyvə və tərəvəzin istehlakı daha dayanıqlı qidalanma formasıdır.

 

Nəticə

Həm qidalanmanın ətraf mühitə təsirləri, həm də yediyimiz qidaların sağlamlığı haqqında şüurlu və maarifli olmaq mühüm başlanğıcdır. Əksər hallarda, balanslı diet üçün sağlamlıq qaydalarına riayət etmək, sağlamlığın və ətraf mühitin davamlılığının yaxşılaşdırılmasına töhfə verməsi  xeyli zaman alacaq.

Çoxlu ət və süd məhsulları, xüsusən də mal əti yeyənlər üçün bu qidaları azaltmaq və onları lobya, balıq və hətta toyuq əti kimi digər zülal mənbələri ilə əvəz etmək lazımdır. Həmdə gündəlik kifayət qədər meyvə və tərəvəz qəbul etdiyinizdən əmin olun.

Yuxarıda qeyd etdiyimiz kimi, qida və ətraf mühit arasındakı əlaqə mürəkkəbdir. Yeməyimizin haradan gəldiyini, necə yetişdirildiyini və onun təbiət üzərindəki təsirini bilmək və araşdırmaq qeyd olunan təsirləri azaltmaq və sağlam yaşamaq üçün səmərəli bir yol ola bilər.

 

  • İstixana qazları - karbon dioksid, metan və azot oksidi də daxil olmaqla atmosferdə günəşdən gələn istiliyi tutaraq qlobal istiləşməyə səbəb olan qazlar
  • Median - rəqəmlər və ya məlumat nöqtələri toplusunda median tam olaraq ortada olan rəqəmdir, oradakı rəqəmlərin yarısı məlumat dəsti daha yüksək, yarısı isə mediadan aşağıdır
  • Peskatarian diet - balıq və digər dəniz məhsulları da ehtiva edən vegetarian diet
  • Veqan diet - ət, balıq, pendir, yumurta və ya süd məhsulları kimi heç bir heyvan məhsulu olmayan diet.
  • Vegetarian diet - ət və ya balıq daxil olmayan, lakin yumurta, pendir və süd məhsulları kimi heyvan məhsulları ehtiva edən diet.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fayllar