VİRTUAL REALLIQ İNŞAAT MÜHƏNDİSLƏRİNƏ NECƏ KÖMƏK EDƏ BİLƏR?

VİRTUAL REALLIQ İNŞAAT MÜHƏNDİSLƏRİNƏ NECƏ KÖMƏK EDƏ BİLƏR?

 

Fernanda Leite

Bing Han

Tərcümə: Səbinə Əsədova

 

Xülasə

 

Virtual reallıq(VR) sayəsində siz rəqəmsal dünyada ətrafınıza baxına və ya hərəkət edə bilərsiniz. Bilmək istərdik, görəsən ,virtual reallıq quruculuq mühəndislərinə öz layihələrini planlaşdırmağa kömək edirmi? Bunu bilmək üçün biz peşəkar və yeni başlayan mühəndislərin VR gözlükdən və ya normal monitordan istifadə edərək dizaynlara 3D formatında baxış etdiyi bir təcrübə apardıq. Məlum oldu ki, VR gözlüklərlə mühəndislərə konstruksiyadakı problemləri ayırd etmək daha asandır. VR həm də onlara layihənin qurulmalı olduğu ardıcıllığı müəyyən etməyə kömək etdi. Lakin  VR-ın bəzi məhdudiyyətləri də var ki, sadəcə müəyyən sahə və tapşırıqlar üçün istifadə oluna bilir.

Giriş

Heç hansısa video oyunun içərisində olmağı arzulamısınızmı? Virtual reallıq sizə komputerinizin içindəki dünyaları kəşf etməyə imkan verir. O sizin hərəkətlərinizi ekrandakı görüntülərlə əlaqələdirməklə işləyir.

Təyyarəçilər virtual reallığın bir növü olan uçuş tənzimləyicisini istifadə edirlər.Onlar gerçək təyyarə idarəetməsinə oxşar nəzarət sistemindən istifadə edirlər, lakin pəncərələri komputer ekranı olur. Həkimlər isə cərrahi təcrübələr üçün istifadə edirlər. Muzey və parklar da bəzən insanlara onlar üçün həddən artıq təhlükəli olan yerləri virtual reallıqla səyahət etməyə şərait yaradır. Bilmək istərdik kiç virtual reallıq inşaat mühəndislərinə kömək edə bilirmi? Inşaat  mühəndisləri layihənin icrasına başlamazdan əvvəl tikinti quruluşlarının nöqsansız olmasından məsuliyyət daşıyırlar, layihənin təhlükəsiz qurulmasına cavabdehdirlər. Tikinti planlarına ənənəvi baxış metodu işi ləngidir. VR istifadə edərək bir mühəndis sanki  içərisində imiş kimi tikinti layihəsinin 3D planında hərəkət edəç ətrafına baxına bilər. Belə qənaətə gəldik ki bu inşaat dizaynına nəzarəti daha asanç sürətli və səmərəli edə bilər.

 

Metod

 

Kimyəvi emal zavodunun kompleks modelini quraşdırdıq. Təcrübənin mümkün qədər real varianta yaxın olmasını istədiyimizdən gerçək emal zavodu qurmuş mühəndislərlə yaxından əməkdaşlıq etdik. Zavodda yanacağın qızdırılaraq qarışıq borularla ötürüldüyü mühim hissəsinin rəqəmsal versiyasını qurduq. 48 tikinti mühəndisini bir yerə cəmlədik. İştirakçıların yarısının 3 il və ya daha çox təcrübəsi vardı, mütəxəssis idilər,  digər yarısı yeni məzun olmuş tələbələr idi. O zaman biz təsadüfi seçmə üsulu ilə bir neçə mühəndis təyin etdik ki, stolüstü kompüterdən istifadə edərək rəqəmsal 3D modelini incələsin. Qalanı da həmin modeli VR gözlükləri ilə tədqiq etdi. İştirakçıların verilmiş 4 tapşırığı nə cür faydalı yerinə yetirə biləcəyini müəyyən etdik.

 

  1. Dizaynda səhvləri tapmaq
  2. İnşaatın alqoritmini planlaşdırmaq
  3. Tamamlama işləri üçün planı yoxlamaq
  4. Hissələrin dizyanın bir hissəsi olub - olmadığını ayırd etmək

 

Nəticə

 

VR gözlüklərlə və stolüstü komputerlə təcrübə aparan qrupların nəticələrini müqayisə elədik.

  • ci tapşırıqda gözlükdən istifadə edən həm peşəkar, həm də təcrübəsiz iştirakçılar dizayndakı yanlışları müəyyən etməkdə daha yaxşı idilər.
  • VR gözlüklülər konstruksiyanın addım ardıcılığının hazırlanması tapşırığında yüksək bal topladılar.
  • Üçüncü tapşırıqda təcrübəsindən, alətlərindən asılı olmadan bütün iştirakçılar mükəmməl nəticə əldə etdilər.
  • Kompüterdən istifadə edən iştirakçılar hissələrin aid olub -olmadığını ayırd etməkdə daha uğurlu oldular.

 

 

 

Müzakirə

 

Konstruksiya dizaynını yenidən gözdən keçirmək qəliz məsələdir.Qüsurları müəyyən etmək çətin olur. VR gözlüklü iştirakçılar qüsurları tapmaqda daha müvəffəq oldular, çünki onlar dizayna müxtəlif bucaqlardan baxmağa qadir idilər. Virtual olaraq strukturun əhatəsində gəzinərək  problemləri daha asan görə bildilər.

Borunu saxlayan sütun qısa ola bilər və siz onu uzaqdan görməyə bilərdiniz ya da nazik bir armatur görünməz bir yerə yerləşdirilə bilərdi. Gözlüklərlə iştirakçılar eyni anda daha geniş bir sahəni görə bildilər. Geniş  sahəni görmək istirakçılar üçün konstruksiyanın düzgün addımlar ardıcıllığını  asanlıqla müəyyən etməyə şərait yaratdı. Baxmayaraq ki, VR mühəndislərə dizaynda səciyyəvi cismləri yadda saxlamağa kömək etmir, daha çox tədqiqatların bu prosesi təkmilləşdirəcəyinə inanırıq.

 

Nəticə

 

Yeni texnologiyanın istifadə üsulları haqqında düşünmək həyəcanvericidir. Bununla yanaşı, yeni texnologiyanın işləri daha yaxşılaşdırdığına əmin olmaq vacibdir. Bizə məlum oldu ki, inşaat mühəndislərinə işlərini səmərəli etməyə kömək edən bir sıra məqamlar da var. İnşaat mühəndisliyi şirkətləri konstruksiya dizaynında VR istifadə edərək fayda əldə edərlər, amma bundan öncə, konstruksiya dizaynın rəqəmsal modellərini nisbətən sadələşdirmək lazımdır. VR əvvəlkindən daha ucuzdur və biz düşünürük ki, VR-ın indiyədək heç kimin ağlına gəlməyən xeyli maraqlı işləmləri  vardır. Heç VR qulaqlıqlarını sınaqdan keçirmisinizmi bəs siz gündəlik həyatınızda virtual reallıqdan hansısa iş görmək üçün istifadə edərdinizmi?