Sualtı həyatın kəşf edilməsi - ScopAcqua

Sualtı həyatın kəşf edilməsi - ScopAcqua

Fatimə Qasımzadə

FRİTL 10C sinif şagirdi

gasimzdeh@gmail.com

Emil Babayev

FRİTL 10C sinif şagirdi

Emilbabayev5658@gmail.com

Xülasə:

  Sizcə, şansımız olsa idi sualtında həyat necə olardı? Sualtında kəşf edilməmiş, tədqiq olunmamış bir çox yer var. Sözün əsl mənasında orada böyük xəzinə mövcuddur. Və biz bu sirli aləmə sadəcə oksigen balonları sayəsində səyahət edə bilirik və təbii ki, bu bizim üçün əlverişli deyil. Çünki 12 litrlik oksigen balonu 10 metr dərinlikdə 48 dəqiqə, 20 metr dərinlikdə isə sadəcə 32 dəqiqə istifadə oluna bilir. Bunun necə qısa vaxt olduğunu təsəvvür edə bilirsinizmi? Eyni zamanda sözügedən balonlar həcm və kütləcə böyükdür. Bizim təklif etdiyimiz rahat, yüngül və əlverişli qurğu sayəsində artıq bu problemi aradan qaldıra bilər, məhz okean suyunun (və ya başqa hövzənin) özündən istifadə edərək bu sirli aləmdə istədiyimiz qədər qala bilərik. Qurğu rahat başa gəldiyi üçün sayını asanlıqla çoxalda və dünya elm və texnologiyasında yeni era aça bilərik.

Açar sözlər:

Sualtı həyat, okean, dalğıc, baş geyimi, oksigen balonu, elektroliz, təzyiq

 

 

Giriş

  Aleksandr Belyayevin "Amfibiya Adam" romanını oxuyan hər kəs sualtı həyatı füsunkar və sonsuz təsəvvür etmişdir. Və oxuyucular ən azından 1 dəfə düşünmüşdür: "Sualtı həyat necə ola bilər?" Bu çox maraqlı və bir o qədər də sirli faktdır. Çünki sualtına enmək üçün yalnız oksigen balonları mövcuddur və onlar qısa bir müddət üçün əlverişlidirlər. Bizim təklif etdiyimiz qurğu sayəsində sualtında məhz hövzənin öz suyunu elektroliz edərək oksigeni istifadəçiyə ötürür və orada istədiyimiz müddət ərzində qala bilərik. Bu da özü ilə bərabər uzunmüddətli tədqiqatlara, kəşflərə, okean dibinin arxeoloji və iqtisadi cəhətdən daha dərindən öyrənilməsinə yol açır.

   Bildiyiniz kimi sualtına enən hər bir dalğıca xüsusi geyim olan akvalanq və oksigen balonu lazım olur. Oksigen balonları əlverişsiz olmasından əlavə, həm də həcm və kütləcə böyükdür və bu dalğıcların qısa zamanını daha da əziyyətli hala salır. Lakin, "ScopAcqua" baş geyimi şəklində nəzərdə tutulmuş və sadəcə elektroliz, kiçik batareyalar daşıyacağına görə hərtərəfli əlverişlidir. Qurğunun baş geyimi şəklində olması nəzərdə tutulub. Ağız hissəsində uzunömürlü olduğu üçün kiçik litium-ion batareyası və elektroliz yerləşdiriləcək. Hər dəfə nəfəs alarkən su buraya yığışacaq. Burada elektroliz prosesi gedərək suyu oksigen və hidrogenə parçalayacaq. Oksigen isə düşünülən kimi istifadəçiyə ötürüləcək. Artıq sualtı həyat üçün amfibiya adam olmağa ehtiyac yoxdur,elə deyilmi?

 

Metod

İlk olaraq layihənin nəzəri hissəsini elektroliz üzrə ixtisaslaşmış professorla müzakirələr apardıq. Bizə lazım olan oksigenin miqdarını müəyyən etdik. Bu cihazla nə qədər dərinliyə enməyin mümkün olduğunu tapdıq. Kimya labaratoriyasında müəllimimizlə elektroliz prosesini təcrübədən keçirdik. Bu zaman qarşımızda 5 məqsəd var idi:

1.Elektroliz prosesi uğurla başa çatırmı?

2.Elektroliz müddətində bizə lazım olan oksigeni almaq üçün cərəyanlı naqildən nə qədər Amper keçirmək tələb olunur?

3.Müfaviq cərəyan şiddəti ilə tələb olunan oksigen alınırmı?

4.Elektroliz prosesini davamlı hala gətirmək üçün cərəyan mənbəyi kimi nə seçilməlidir?

5.Xlorlu su mühitində anodun aşınmasının qarşısını almaq üçün hansı növ elektrod təyin olunmalıdır?

 

Nəticə

İlk öncə bunu qeyd etmək lazımdır ki, tənəffüs üçün 1 dəqiqə ərzində 1680 ml oksigen lazımdır (1nəfəsə 105 ml). Elektroliz prosesində asan hesablama ilə müəyyən etmək olar ki, 1 Amper cərəyan şiddəti ilə 1 dəqiq ərzində 208 ml oksigen alınır.Beləcə kimya labaratoriyasında aparılan təcrübə müəyyən etdi:

1.Elektroliz prosesi uğurla tamamlandı.

2.Minimum 9 Amper cərəyan şiddəti keçirmək lazımdır.

  1. 9 Amper cərəyan şiddəti ilə tələb olunan oksigen alınır

4.Batareyalar bu iş üçün olduqca əlverişlidir (elektolizin müddəti də məhz batareyaların ömründən asılıdır).

5.Xlorlu su mühitində qrafit elektrod, şirin su mühitində isə anodu nikkeldən seçmək daha məqsədəuyğundur.

 

Müzakirə

  Oksigen balonlarının ən əsas əksikləri müddətin olduqca qısa olması, həcm və kütləcə böyük olmasıdır. ScopAcqua isə həm uzun müddət vəd edir, həm də danışılması asan və rahatdır.

  Biz inanırıq ki, bu qurğu dünya mühəndislik erasında yeni səhifə açacaq qədər qüdrətlidir. Çünki eyni zamanda həm istənilən zaman sualtına "səyahətlər" təşkil oluna, tədqiqatlar lazımi qədər davam etdirilə, arxeoloqlar ilə əməkdaşlıq nəticəsində bəlkə də keçmiş sivilizasiyalardan qalan qalıqları araşdırıla bilər. Bu qurğunun eyni zamanda görə biləcəyi işlərə bir baxın!

 

Nəticə

  Yeni texnologiyanın istifadə üsulları haqqında düşünmək həyəcanvericidir. Bununla yanaşı, yeni texnologiyanın işləri daha yaxşılaşdırdığına əmin olmaq vacibdir. Biz düşünürük ki, bu ixtiraya bir neçə hissə əlavə edərək hərtərəfli hala salmaq olar. Artıq böyük və işəyaramaz oksigen balonları ilə vidalaşmaq vaxtıdır.

Mənbə:

1)Reece,Urry,Cain,Wasserman?Minorsky?Jackson (2019) . Biyoloji Campbell . Türkiyə, Palme Yayınevi, 1263 s.

2)Kimya dərsliyi (2010) Rəşad Həsənov. Bakı

3)Ümumi Kimya (2011) Ələmdar Əlbəndov. Bakı

4)Faraday, Michael (1791–1867), Wolfram Research

5)The New Encyclopaedia Britannica: Micropædia, Vol. 10 (1991)

6)HDS Basınçlı Kaplar (2020). Dalış tüpü. https://www.hdsltd.net/dalis-tupu/

7)Everblue (2019). Dolu bir tüple dalış ne kadar sürer? https://www.elektrikrehberiniz.com/elektrik/suyun-elektrolizi-5764/

8)Elektrik Rehberiniz (2014). Suyun Elektrolizi. https://www.elektrikrehberiniz.com/elektrik/suyun-elektrolizi-5764/