"ŞAGİRDLƏRİN ELEKTRON ELM JURNALI"nın üçüncü sayını əziz oxucularımıza təqdim edirik.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinin qalibi "Şagirdlərin Elektron Elm Jurnalı"nın üçüncü sayı oxuculara təqdim olunur. Əziz şagirdlər, bu jurnalda  öz maraq dairələrinizə uyğun müxtəlif elmi araşdırmalarla tanış olacaqsınız. Əgər siz öz məqalənizin də bu jurnalda yer almasını arzu edirsinizsə  https://forms.gle/emnEhtpyqXRwmnSV9 bu link vasitəsilə elmi araşdırmalarını göndərə bilərsiniz. Siz jurnal vasitəsilə həm də dünyanın müxtəlif ölkələrində aparılmış yüksək səviyyəli tədqiqatlarla tanış ola bilərsiniz. Belə ki, jurnalda elmi məqalələrin tərcümələri də yer almaqdadır. Yuxarıda qeyd olunan link ilə tərcümə etdiyiniz məqalələri də redaksiyamıza göndərə bilərsiniz. Sizə gözəl mütaliə diləyir, eyni zamanda elmi məqalələrinizi gözləyirik. 

Fayllar