ŞAGİRDLƏRİN ELEKTRON ELM JURNALININ 2-Cİ SAYI TƏQDİM EDİLİR

Əziz Şagirdlər!

Sizə çox gözəl bir xəbərimiz var. Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin qalibi Şagirdlərin Elektron Elm Jurnalının 2-ci sayını artıq oxumağa başlaya bilərsiniz. Burada bir-birindən maraqlı elmi məqalələrlə tanış olacaqsınız. Bu məqalələr sizin elmi tədqiqat bacarığınızı, dünya görüşünüzü və hadisələrə elmi yanaşmanızı inkişaf etdirəcək. Bu məqalələri oxumaqla siz dünyada gedən proseslərin elmi müzakirələrini, Yer kürəsinin qarşılaşdığı problemlərin elmi həllərini öyrənəcəksiniz.

Unutmayın əziz dostlar, bu jurnalda sizin də yazdığınız və ya tərcümə etdiyiniz məqaləniz ola bilər. 

Saytda yer alan məqalə göndər butonu ilə və ya bu keçid ilə (https://forms.gle/YBb4kcuJg1pJWDGR9) məqalələrinizi göndərə bilərsiniz. 

Jurnalı PDF olaraq endirmək üçün aşağıda keçid qeyd olunmuşdur. 

Sizə xoş mütaliələr!

Fayllar