"ŞAGİRDLƏRİN ELEKTRON ELM JURNALI" layihəsinin bağlanış tədbiri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin qalibi "ŞAGİRDLƏRİN ELEKTRON ELM JURNALI" layihəsinin bağlanış tədbiri keçirilib. Tədbir onlayn Microsoft teams proqramı üzərindən keçirilmiş və tədbirdə müxtəlif orta təhsil müəssisələrinin direktor, müəllim heyəti iştirak etmişdir. Tədbirin gündəliyi aşağıdakı kimi həyata keçmişdir. 

1. Qoşqar Məhərrəmov - Layihə haqqında qısa məlumat və layihənin nəticələri

2. Layihənin tanıtım filmi.

3. Layihə çərçivəsində ərsəyə gələn jurnalın saylarına qısa bir nəzər 

4. Fəttah Fəttayev - Layihənin əhəmiyyəti və şagirdlər tərəfindən layihənin qəbulu

5. Şəhriyar Muxtarov - Layihənin mahiyyəti və şagirdlərdə tədqiqat bacarıqlarının inkişafının vacibliyi

6. Rza Məmmədov - Layihə kontektində tədqiqat, elm və iqtisadi inkişaf əlaqəsi

7. Direktorların və müəllimlərin layihə haqqında rəylərinin alınması

https://youtu.be/7zM-e-DZvUI