Paltarımızdakı qrafen ağcaqanad dişləməsini dayandıra bilər?

Paltarımızdakı qrafen ağcaqanad dişləməsini dayandıra bilər?

Cintia Castilho

Dong Li

Muchun Liu

Tərcümə: Sarvan Rəsullu

Xülasə

Bizi ağcaqanad dişləməsindən tamamilə qoruya bilən bir paltarın olması əla olmazdı? Bu paltar qaşınmanı və ağcaqanad daşıyıcısı xəstəlikləri azaldardı. Bunu öyrənmək üçün çox incə amma güclü olan bir maddəni qrafeni test elədik. Labaratuar şəraitində ağcaqanadların üç növ parçaya a) qorumasız b) cuna c) cuna üstəgəl qrafen təmas eləməsinə şərait yaratdıq. Nəticədə aşkar elədik ki qrafen həqiqətən ağcaqanadların insanları dişləməsinin qarşısını alır. Ən təəcüblüsü də o idi ki, qrafen təkcə ağcaqanadın dişləməsinə əngəl yaratmır, o həmçinin ağcaqanadın insan bədənini tanımaq üçün yaydığı siqnalların qarşısını da alır. Quru şəraitdə, qrafen qatı ikiqat qoruma potensiyalına sahibdir. Amma, tər vəya su qoruyuculuq təsirini azaldır. Lakin biz “zəiflədilmiş qrafen”, adlandırdığımız modifikasiya olunmuş formasını yaratmışıq, hansı ki insanı tərli olanda belə qoruya bilir.

Giriş

Ağcaqanad dişləməsi sadəcə xırda narahatçılıq deyil, həm də ciddi fəsadları ola bilir. Başqa heç bir canlının dişləməsi bunun qədər ölümlərə və xəstəliklərə səbəb olmur. Ağcaqanadlar ən böyük xəstəlik daşıyıcılarıdır. İnsanlar adətən özlərini qoruya bilmək üçün kimyəvi məhlullardan istifadə edirlər. Amma belə kimyəvi maddələrin həm insanlar, həm də ətraf mühit üçün çoxlu yan təsirləri ola bilir. İnsanlara qorunma məqsədi üçün adətən uzun platarlar geymələri tövsiyyə olunur. Ancaq ağcaqanadların altı incə iynədən və dişdən ibarət çox effektiv dişləmə aparatları var və bu onlara paltarın üstündən və dəridən dişləmələrinə imkan verir. Biz bilmək istədik ki, əgər paltara toksik olmayan nanomaterial əlavə eləsək paltarı ağcaqanadlar üçün keçilməz edərmi? Belə olan halda ən yaxşı sınanılacaq material qrafen idi. Qrafen paltarların üzərinə UV və güllə keçirməyə qarşı əlavə olunan karbondan ibarət incə qatdır. Ancaq bunun ağcaqanad əleyhinə effektiv ola biləcəyini heç kim test eləməmişdi. Biz bunu canlı insanlar və ağcaqanadlar üzərində eksperimet və riyazi hesblamalar apararaq öyrəndik.

Metodlar

Labaratuar eksperimenti üçün, Aedes aegypti adlı ağcaqanad tərəfindən dişlənməyə razılıq verən könüllüləri topladıq. (İstifadə elədiyimiz ağcaqanad labaratuar şəraitində sterilizə olunmuşdur və heç bir xəstəlik daşıyıcısı deyildilər)

Könüllülər qol və ya əl dərilərinin balaca bir hissəsini beş dəqiqə müddətində yüz ağcanaqada məruz buraxdılar.(Fig. 1)

Biz üç fərqli ssenarini qarışıq ardıcıllıqla test elədik:

Ağcaqanad … çılpaq dəri

Cuna ilə örtülmüş dəri

Nazik qrafen qatı və cuna ilə örtülmüş dəri

Sonra biz ağcaqanadların davranışlarını video kamera vasitəsiylə qeyd elədik (dəri üzərində qalma müddətlərini və qarı sovurub sovurmadıqlarını). Biz hətta dişləmə sonrası yaranan qabarcıqları sayaraq hər bir könüllünün hər ssenaridə neçə dəfə dişlənildiyini hesabladıq. Sonda, biz azacıq su və ya tərin cuna üzərinə damızdırlması sonrası baş verənləri müşahidə elədik, və biz hətta qrafen qatının azacıq dəyişdirilmiş versiyası olan “zəiflədilmiş qrafen”i də testdən keçirdik.

Canlı ağcaqanadlardan başqa, biz həmçinin balaca iynələrin qrafen qatını dəlmə gücünü də sınaqdan keçirdik və kompüter simulyası köməyi ilə ağcaqanad ağzının qrafeni dəlmə gücünün olub olmadığını da yoxladıq.

Nəticə

Biz aşkarladıq ki, cuna altındakı nazik qrafen qatı ağcaqanad dişləməsinin qarşısını alır – belə halda ağcaqanadlar dişləmir və qabarcıqlar yaranmır (Fig. 2).

Çılpaq dəri ağcaqanad tərəfindən daha cox dişlənilir (təxminən ortalama 16), ən cox ikinci dişlənilən sadəcə cuna ilə örtülmüs dəridir (5 dəqiqə ərzində təxminən 10 dəfə).

Qrafenlə örtülü dəriyə ağcaqanadlar ancaq bir neçə dəfə qonur və orada az qalırlar.

Çılpaq və cuna ilə örtülü dəriyə ağcaqanadlar təxminən 23 dəfə qonurlar və 1-2 dəqiqə qalırlar.

Müqayisədə, təxminən 10-dan az ağcaqanad qrafen qata qonur və çox az müddət orada qalırlar.

İynə və kompüter simulyasiyası ekperimentləri təsdiq elədi ki,  ağcaqnadların quru qrafen qatını dəlməyə gücləri yetmir.

Müzakirə

Qrafen açıq aşkar daha effektiv qoruyucudur. Biz həmçinin ağcaqanadları qrafen örtülü dəriyə nə qədər az qonmalarına da təəcübləndik. Elə görünür ki, onlar heç qrafeni dişləməyə belə cəhd eləmirlər! Bu bizə başqa bir məsələni də göstərdi: Görəsən qrafen ümumiyyətlə dərini təyin eləmək üçün göndərilən kimyəvi siqnalların da qarşısını kəsir?

Bundan əmin olmaq üçün qrafen qatının üzərinə su və ya tər əlavə elədik. Bu anda birdən-birə ağcaqanadlar yenidən hücum elədi və dişləməyə başladılar.

Bu bizə iki şeydən xəbər verir:

  1. Quru qrafen ehtimal ki, qurbanı tanımaq üçün lazım olan kimyəvi siqnalları bloklayaraq ağcaqanadları uzaq tutur.
  2. Su və tər qrafen qatını qırır və onu ağcaqanadlar üçün əl çatan edir.

Xoşbəxtlikdən, biz qrafen materialı azacıq modifikasiya edərək fiziki və kimyəvi maneəni bərpa edə bildik, bu da öz növbəsində həm quru, həm nəm şəraitdə ağcaqanad dişləməsini azaltmağa imkan verdi. Amma, qrafenin modifikasiya olumuş versiyası original qrafendən daha az tənəffüsə yararlıdı. Ümid edirik ki, bizim araşdırmamız başqalarına daha rahat və tənəffüsə imkan verən qrafen düzəltmələrinə cəsarət verəcək.

Yekun

Baxmayaraq ki, ağcaqanadlar sadəcə olaraq özlərinə qida axtarırılar, onların daşıdıqları xəstəliklər bizə ciddi zərər vura bilər. Ən yaxşı qorunma onların bizi dişləmələrinə imkan verməməkdir.

Ağcaqanad çox olan yerlərdə qoruyucu paltar geyinin. Qrafen qatlı paltarınız olmasa belə uzunqol köynək və şalvara üstünlük verin!

Əgər yay aylarında çöldə yatırsınızsa ağcaqanad torunun altında yatın.

Durğun su hövzələrindən istifadə etməyin (həmin yerlərdə ağcaqanadlar yumurta qoyurlar).

Səyahət etdikdə özünüzlə ağcaqanad əleyhinə dərman götürün.

Fayllar