Onlayn irqçiliyi dayandırmağa kömək edə bilərsinizmi?

Onlayn irqçiliyi dayandırmağa kömək edə bilərsinizmi?

Noelle M. Hurd

Sophie Trawalter

Alexander Jakubow

Köməkçi redaktor:

Sara Amos

Alexandra Appleton

Tərcümə: 

Rasim Həsənzadə

Xülasə

Təsəvvür edin ki,  siz bir məktəbin  sosial media hesabında bir şərh oxumusunuz, hansı ki sizin irqiniz haqqında mənfi bir fikir ehtiva edir. Bundan sonra siz necə hiss edərdiniz?

Qəzəbli? Əsəbi?

İndi bunu da təsəvvür edin ki, şərhi yazan adama heç kəs reaksiya vermədi. Bu sizi daha da pisləşdirə bilərmi? Siz ya digər insanlar da onlarla razılaşır deyə fikirləşər, ya da məktəblə əlaqəsi kəsilmiş biri kimi hiss edə bilərsiniz.

Təəssüf ki, bu günlərdə qaradərili tələbələrin bir çoxu bu halla çox qarşılaşır. Biz daha çox internetin onlayn irqçiliyə təsirini araşdırmaq istəyirik. Həmçinin bilmək istəyirik ki, tələbələrin onlayn irqçiliyə qarşı çıxma ehtimalı yüksəkdirmi və bu onun mənfi təsirini  azaltmağa kömək edərmi? Tədqiqatımız onu göstərdi ki, onlayn irqçilik qaradərili tələbələrin hisslərinə necə mənfi təsir göstərir. Amma onlar ağdərili tələbələrin onlara dəstək olduğunu görəndə daha yaxşı hiss edirlər.

Biz aşkarladıq ki, ağdərili tələbələr irqçiliyin qaradərili tələbələrə necə təsir etdiyini və necə danışacaqlarını bilsələr onlayn irqçiliyə qarşı daha çox mübarizə apararlar.

Giriş

Son 25 ildə qaradərili tələbələrin təhsil müəssisələrindən ayrılmaları artıb. Bu qismən ona görədir ki, onlar oxuyarkən onlayn irqçiliklə qarşılaşırlar. Bu da tələbələri özlərini xoşagəlməz hiss etdirə və işlərinə diqqəti yayındıra bilər.

Hər kəs sosial şəbəkələrdə yazılan irqçi şərhləri görə bilər, lakin onlarla mübarizə aparanlarla nadir hallarda rastlaşa bilər. Digər tədqiqatlardan qaradərili tələbələrin  bu tipli şərhlərdən özlərini qorumaq üçün nə edə biləcəyinə araşdırdıq. Biz hesab edirik ki, bərabərlik onlayn davranışları dəyişdirmək üçün mühüm yanaşmadır. İnsanların irqçi fikirlərini ifadə etdikdə digərlərinin onlara qarşı çıxma ehtimalı daha azdır. Bu həm də qaradərili tələbələrə bunları bilməyə imkan verir ki, o fikirlər əksər tələbələr tərəfindən qəbul edilmir.

Bu araşdırmada üç əsas suala cavab vermək istədik:

  1. İnternetdə irqçi şərhlər tez-tez yerləşdirilir?
  2. İrqçi yazılar qaradərili tələbələrə mənfi təsir edirmi?

2.1. Ağdərili tələbələr bu yazılara qarşı mübarizə aparanda təsir bir qədər azalırmı?

  1. Ağdərili tələbələri bu yazılara qarşı onlayn müdaxilə vasitəsilə etiraz etməyə təşviq edə bilərikmi?

 

Metod

Tədqiqatımız ABŞ-ın cənub-şərqində birinci olan orta ölçülü dövlət universiteti üzərinə fokuslandı. Biz onlayn tələbə qəzetlərindən və məktəbin Feysbuk səhifələrində olan bütün şərhləri toplamaq üçün kompüter proqramından istifadə etdik və  nəticələri süzgəcdən keçirərək  müxtəlif irqçilik növlərinə uyğun kateqoriyalara ayırdıq. Daha sonra qara və ağ dərili tələbələrə onlayn irçiliklə bağlı öz təcrübələrini bölüşmək imkanı vermək üçün fokus qrupları hazırladıq. Əlavə olaraq, onların təcrübələri daxilində trendi tapmaq üçün cavabları təhlil etdik. Nəhayət, nəticəmizə əsaslanan onlayn müdaxilə forması hazırladıq. Ağ dərili tələbələri üç qrupa ayırdıq:

Qismən müdaxilə:

Tələbələr onlayn irqçilik haqqında məqalə oxuyurlar. Məqalədə ağ tələbələr onlayn irqçiliklə mübarizə apardıqda qara dərili tələbələrin hiss etdiyi pozitiv hisslər vurğulanır.

Tam müdaxilə:

Tələbələr eyni məqaləni oxuyurlar. Onlara da həmçinin onlayn irqçiliyə qarşı mübarizədə nə deyəcəkləri  barədə daha çox təlimat və nümunələr verilir.

Nəzarət qrupu:

Tələbələrə heç bir oxu materialı verilməyib. Daha sonra  onlayn irqçiliyə necə qarşı durmaq barədə hər kəsin fikirləri soruşulmuşdur.  Bütün tələbələrə onlayn irqçi şərhlərə cavab vermək şansı verilib.

Nəticə

Facebook yazılarının təxminən 4% və onlayn tələbə qəzetinin 44%-də açıq şəkildə  irqçi yaxud marginal qruplara qarşı qərəzli münasibət göstərilir. Fokus qruplarının arasındakı iştirakçılar dedi ki, onlar onlayn irqçi şərhləri görüblər. Qaradərili tələbələr onlayn irqçiliyi görərkən özlərini məyus, xoşagəlməz, təcrid olunmuş hiss edirlər. Onlar da diqqətinin dağıldığını və dərslərinə cəmləyə bilmədiyini  bildirdi.  Fokus qrupları arasında olan qaradərili tələbələr kiminsə irqçi yazılara qarşı çıxdığını nadir hallarda gördüklərini söylədilər. Amma bu baş verdikdə onlar özlərini rahat və cəmiyyətin bir hissəsi olduğunu hiss edirlər. İrqçi yazılara qarşı durmaq istiqamətində münasibət  hər iki müdaxilədən sonra əhəmiyyətli dərəcədə yaxşılaşdı (Şəkil 1).

 Ağdərili tələbələrin tam müdaxildən sonra irqçi şərhlərə qarşı durmaq və cavab vermək ehtimalı əhəmiyyətli dərəcədə daha yüksək idi.

Qismən müdaxilə:  Tələbələrin 19%-i cavab vermişdir.

Tam müdaxilə: tələbələrin 30%-i cavab cavab vermişdir.

Nəzarət qrupu: tələbələrin 13%-i  cavab vermişdir.

Qrafik bizə müdaxilənin effektivliyini haqqında nə göstərir?

Müzakirə

Fokus qruplarında olan məlumat bizə göstərdi ki, qaradərili tələbələr ağdərili tələbələrin onlayn irqçiliyə qarşı mübarizəsini gördükdə onlar özlərini daha az təcrid olunmuş hiss edirlər. Ağdərili tələbələrin çoxu etiraf etdi ki, onlar onlayn irqçilərə qarşı mübarizə aparmırlar. Bunun səbəbi kimi nə deyəcəklərindən əmin olmurlar və səhv bir şey deyəcəklərindən narahat olurlar.

Biz onlayn müdaxilələr sayəsində ağdərili tələbələrin onlayn irqçiliyə qarşı durma ehtimalını artıra bildik. Onlayn irqçiliyin qaradərili tələbələrə necə təsir etdiyini başa düşmək və düzgün cavab vermə yolunu bilmək çox vacibdir. Tələbələrin irqçi şərhlərə onlayn cavab vermə ehtimalı 130%-ə kimi artdı.

Yekun

İrqçiliyi dayandırmağa kömək etmək ortaq bir məsuliyyətdir. Əgər insanlar görsələr ki, digərləri onlara dəstək olur, onların irqçi fikirlərini ifadə etmə ehtimalı daha yüksəkdir. Siz onlayn irqçilik görsəniz, həmişə o barədə məlumat verməlisiniz. Əgər özünüzü narahat hiss etməsəniz, həmçinin ona qarşı durmaq üçün “səsinizi yüksəldərək” hər kəsə çatdıra bilərsiniz.

Bu, irqçiliyi dayandırmağa kömək edir, həmçinin  qaradərili tələbələrə göstərir ki, bu fikirlər əksər insanlar tərəfindən dəstəklənmir. İrqçiliyə qarşı cəsarətli mübarizə ilə siz hər kəsin inkişaf edəcəyi inklüziv bir onlayn mühitin yaradılmasına dəstək ola bilərsiniz.

Onlayn irqçiliyə necə qarşı durmağın yolları barədə məsləhətlər:

Araşdırmalar göstərir ki, fikir ayrılığınızı və öz emosional reaksiyanızı və ya şəxsi dəyərlərinizi qısaca ifadə etmək kifayətdir.

Şəxsən fərdlərə hücum etməyin.

Effektiv cavab nümunələri:

“Düşünürəm ki, sizin dedikləriniz digər tələbələr üçün zərərli ola bilər. İstəyirəm ki, məktəbim hamının özünü xoşbəxt  hiss etdiyi bir yer olsun.

"İrqə təhqir edən bir şey söylədiyiniz üçün məyus oldum."

“Dediklərinizə görə təəssüf hissi keçirirəm. Düşünürəm ki, bütün insanlara ədalətlə yanaşmaq vacibdir”.

“Sizin şərhlərinizdə irqçilik fikirlər var. Mən sizinlə razılaşa bilmərəm”.

 

 

Əsas Terminlərin Lüğəti:

Analiz etmək, təhlil etmək - ətraflı araşdırmaq.

Kateqoriyalara ayırmaq – Eyni xüsusiyyətlərə malik şeyləri qruplaşdırmaq.

Süzgəc - İstəmədiyimiz məlumatları silərək bizə daha vaciblərini  görmək üçün aparılan əməliyyat.

Fokus qrupu - müəyyən bir mövzunu müzakirə etmək üçün bir araya gələn bir qrup insan.

Onlayn müdaxilə – İnsanların bir mövzu haqqında düşüncə tərzini dəyişdirmək üçün hazırlanmış onlayn təcrübə.

İrqçilik – İrqçilik, insan qruplarının irsi atributlara uyğun gələn müxtəlif davranış xüsusiyyətlərinə malik olduğuna və bir irqin digərindən üstünlüyünə görə bölünə biləcəyinə inamdır. Bu “sistem” haqsız olaraq bəzi şəxslərə və qruplara zərər verir, onların psixi və mental sağlamlığına ziyan vurur.

 

 

Özünüzü yoxlayın:

1.Qaradərili tələbələr onlayn irqçiliyin onları necə hiss etdirdiyini təsvir etmək üçün hansı sözlərdən istifadə edirlər?

  1. Bu məqalə qaradərili tələbələrə qarşı irqçilik mövzusundadır. Başqa hansı insan qrupları onlayn diskriminasiyaya məruz qala bilər?
  2. Onlayn müdaxilələrə əsaslanaraq, sizin məktəbinizin onlayn irçilik probleminin həllinə kömək etmək üçün nə edə biləcəyini düşünürsünüz?
  3. Hansı amillər sizi onlayn irqçi şərhə qarşı durmaq istəməyinizə və ya istəməməyinizə səbəb ola bilər?
  4. Dostunuz irqçi olduğunu düşündüyünüz bir şeylər yazsa, nə edərdiniz?

İstinadlar:

1.Noelle M. Hurd, Sophie Trawalter, Alexander Jakubow, Haley Johnson, and Janelle Billingsley (2021) Online Racial Discrimination and the Role of White Bystanders. American Psychologist.  https://psycnet.apa.org/record/2021-58178-001

2.British Red Cross: Black Lives Matter: Resources for Young People

https://www.redcross.org.uk/get-involved/teaching-resources/black-lives-matter-resources-for young-people

3.United Nations: Fight Racism

https://www.un.org/en/fight-racism

4.Learning For Justice: We Can Create Change Together

https://www.learningforjustice.org/magazine/fall-2021/we-can-create-change-together

 

 

 

 

Fayllar