"İMMANUEL KANT HAQQINDA BİLMƏYƏ DƏYƏR"

IMMANUEL KANT HAQQINDA BİLMƏYƏ DƏYƏR

BAYRAMOV SƏNAN

176 nömrəli tam orta məktəbi

 

 

 

 

 

Аlman filosofu İmmanuil Kant (1724-1804) Yeni dövrün әn nüfuzlu mütəfəkkiri. Keçmiş Köniqsberq, sonralar rusların işğal edib Kalininqrad adlandırdığı şәhәrdә muzdlu sәnәtkar ailәsindә anadan olmuşdur. Rәvayәtә görә әsillәri Şotlandiyadan gәlmә olub. Ciddi dini tәrbiyә alıb doğma şәhәrinin universitetində riyaziyyatı, fizikanı vә fәlsәfәni öyrənmişdir. İlk әsәrini 22 yaşında çap etmişdir. Sonralar evlərdə varlı uşaqlarına dәrs demiş, хüsusilә qraf Kayzerlinqin evindә qrafın ağıllı qadınının kömәyilә yüksәk cәmiyyәtin nәcib zadәgan vərdişlərini әхz etmişdir. O, çoхlu alman universitetlәrinә dәvәt olunsa da doğma şәhәrini tәrk etmәmiş, ömrünün aхırına qәdәr orada yaşayıb orada da dәfn olunmuşdur. Kant 1755-ci ildә doktorluq dәrәcәsi almışdır. Sonra Köniqsberq universitetindә 15 il dosent vә yalnız 1770-ci ildә yenә dissertasiya müdafiә edib hәmin universitetin mәntiq-metafizika kafedrasının rәhbәri olmuşdur. Rәvayәtә görә o, hәr gün küçәdәn keçәrkәn adamlar dәqiqәsinә qәdәr, saatın neçә olduğunu tәyin edәrmişlәr. Qәbri hal-hazırda Kalininqraddadır.

 


Kantın «Tәmiz idrakın tәnqidi» çap olunandan sonra bir neçә illәr әrzindә heç kimin diqqәtini cәlb etmәdәn qaldı. Nәhayәt filosof Reynqoldun bu әsәr barәdә Kanta mәktubu çap olunanda Аlmaniyada mürgüləyən filosoflar, sanki ayıldılar. Hәr tәrәfdә tənqidçilər vә tərifçilər meydana gәldi vә az sonra Kantın әsәri vә konsepsiyaları әtrafında iki cәbhә әmәlә gәldi. Qәribәdir ki, bu cür qütbləşmə, yәni Kantı fәlsәfi fikrin zirvәsindә oturanlarla, onun konsepsiyalarını inkar edәnlәrin mübarizә vә mübahisəsi XX əsrə kimi davam etdi. Kant bu әsәrindә hәm doqmatizmә, hәm dә aqnostisizmә qarşı çıxır. Çünki doqmatlar (Volf) əşyaların ilkin tədqiqdən әvvәl idrakla dәrk olunmasını mümkün sayır, qnostiklәr isә (Yum) әksinә, ümumiyyətlə insan idrakının dәrketmә qabiliyyətini inkar edirdilәr. Kant ilk dәfә insan idrakının hәcmini, sәrhәdlәrini vә mәnşәyini müәyyәn edilmәsini mәqsәd sayır. Tәmiz idrak dedikdә Kant tәcrübәdәn asılı olmayan insan idrakını nәzәrdә tutur. O, idrakın heç bir tәcrübәyә ehtiyacı olmadan әşya vә hadisәlәri haralara qәdәr öyrәnmә vә dәrketmә qabiliyyətini müәyyәn edir. Kantın 12 cildlik fәlsәfi külliyyatının mәrkәzindә qeyd etdiyimiz «Tәmiz idrakın tәnqidi», «Әmәli idrakın tәnqidi» vә «İdrakın gücünün tәnqidi» adlı üç әsəri durur. Hәr üç әsәr tәzahür, әşyalar vә onların öz-özlәrindә mövcudluğu haqqındadır. Kant iddia vә sübut edir ki, (belә olmasaydı dünyada yüzlәrlә davamçıları, köhnә vә yeni kantçılar yaranmazdı) «şeylәr özlәrindәdir».
Kant yazır ki, «özlәrindә» olan əşyaların zahiri hissiyyat orqanlarımızda tәsiri nәticәsindә әmәlә gәlәn hissiyyatla idrak, - dәrk etmә başlanır. Lakin nә bu hissiyyat, nә idrak, nә təsəvvür şeylәri vә əşyaları olduqları kimi dәrk edә, onların mahiyyәtini tamamilә qavraya bilmәz. Çünki nә varsa, hәr şey dərkedilməzdir. Biz tәcrübә yolu ilә biliklәrimizi dәrinlәşdirә vә genişləndirә bilәrik, amma «öz-özlәrindә gizlәnmiş» varlığı vә onun bütün tәzahür vә әşyalarını heç zaman dәrk Transsedental idealizm adlanan Kant fәlsәfәsinin mahiyyәti budur ki, sәma, zaman, sәbәb vә tәbiәt qanunları tәbiәtin mahiyyәtini әks etdirmir, bütün bunlar insanın dәrketmә qabiliyyətinin хüsusiyyәtlәridir. Kanta görә bütün bunlar tәcrübәdәn asılı olmayan, tәcrübәdәn әvvәlki vaqiәlәr, - yәni «aprior»durlar. Demәli idrakın tәcrübәdәn әvvәlki, yәni «aprior» sonrakı idrak üçün әsas şәrtdir vә demәli idrak insanı vә tәbiәti bir-birindәn ayırır.edә bilmәrik.

 

KANTIN FİKİRLӘRİNDӘN

  NÜМUNӘLӘR

Biz öz hisslәrimizin obyektlərini adi hadisәlәr hesab ediriksә, onları elә bu cür dә hesab etmәk lazımdır. Bununla biz etiraf etmiş oluruq ki, hadisәlәrin әsasını «şeylәrin özündә olması» tәşkil edir, hәrçәnd ki, biz bu şeyin özlüyündә necә qurulduğunu bilmirik, onun ancaq tәzahürlәrini, yәni bu namәlum şeyin hisslәrimizә necә tәsir etmәsi üsulunu bilirik. Demәli, zәkamız hadisәlәrin varlığını qәbul etmәklә, «şeylәrin özündә olması» varlığını da qәbul etmiş olur. Buna görә biz deyә bilirik ki, hadisәlәrin әsasını tәşkil edәn mahiyyәtlәri, yәni, ancaq fikri mahiyyәtlәri nәinki təsəvvür edә bilәrik, hәtta hökmәn təsəvvür etmәliyik.

 

 

Fayllar