Havanın çirklənməsinin azalması quşlara necə kömək edir?

Havanın çirklənməsinin azalması quşlara necə kömək edir?

Yuanning Liang

Ivan Rudik

Amanda Rodewald

Xülasə

Çirklənmə haqqında fikirləşəndə  ağlınıza nə gəlir? Tullantımı? Neft sızmalarımı? Hər şeydən  əvvəl biz çirklənmənin bu növləri haqqında fikirləşirik, çünkü onlar biz insalara görünən hadisələrdir. Lakin  ən təhlükəlisi görə bilmədiyimiz  havanın çirklənməsidir. Biz bilirik ki, kimyəvi və ziyanlı hissəciklər  insan sağlamlağına zərar verir, buna  görə də hökümətlər havanın çirklənməsini  azaltmaq üçün qanunlar və proqramlar hazırlayırlar. Biz bilmək istəyirik ki, oxşar  proqramlar quşların  qorunması  üçün də müsbət dəyişiklərə səbəb olurmu?

Bəli, biz quşlara dünyamızın ən mühüm hissəsidir deyə  bilərik. Biz quş dəstəsini riyazi modeldən istifadə müşahidə edək və  hansı şəraitdə hava çirklənməsinin (troposferin, ozon qatının və başqa  səbəbdən) quşlara ziyan vurduğunu  görmək üçün rəqəmlərə baxaq. Birləşmiş Ştatlarda hava çirklənməsini azaltmağın quş dəstələrinə necə təsir etdiyini  nəzərdan keçirək.

Bu analizlərdən sonra biz görürük ki, hava  çirklənməsinin qarşısını alan proqramlar nəinki insanlara  fayda verir, eləcə də quşları qoruyur.

Metod

Biz troposfer, ozon və ziyanlı maddələrin quş  dəstəsinə necə təsir göstərdiyini görmək  üçün  yeni model yaratdıq. Ekologiyada istifadə edilən nisbi quş sıxlığı bizə xəbər verir ki, yerlərdə nə qədər fərdi quş növləri vardır. Biz E-bird  proqramı və ya onlayn data bazadan istifadə edərək quşların necə azaldığını və ya artığını müşahidə edə bilərik. Biz bu məlumatları Birləşmiş Ştatların ətraf  mühitin qorunması agentliyindən və havanın keyfiyyət sistemindən əldə olunmuşdur. Bu data 15 il ərzində Birləşmiş Ştatlarda 3214 bölgəsini əhatə edir.

Sonra, quş populyasiyalarının ABŞ EPA-nın azot oksidləri ticarət proqramına cavab olaraq yay aylarında necə dəyişdiyinə baxdıq. Azot oksidləri troposfer ozonunun əmələ gəlməsinin ən əsas səbəbkarı olduğu üçün biz bu proqramı seçdik.
Bu proqramın təsirini qiymətləndirmək üçün edilən müqayisələr:
1. Proqramda iştirak edən dövlətlər ştatlara və iştirak etməyən dövlətlər
2. Proqram məhdudiyyətlərinin olduğu yay ayları və məhdudiyyətin olmadığı qış ayları
3. Proqramın 2003-cü ildə başladığı tarixdən sonrakı ilk 13 il və başlamazdan əvvəlki illər
Nəhayət, əgər ozon 1980-ci ildəki səviyyədə qalmış olsaydı quş populyasiyalarının necə olardı? Sualını cabablamağa çalışdıq. 

Nəticə

Bizim modelimiz göstərdi ki, troposferdəki ozon səviyyələrini artıqca quşların sayı azalır. Quşların azalma səbəbləri ilə əlaqədar çox dəqiq səbəb tapa bilmədik. Ancaq EPA-nın azot oksidi ticarət proqramı troposferdəki ozon səviyyəsini azaltdı və bu da nisbi quşların sıxlığına müsbət mənada təsir etdi. Proqram ən güclü müsbət təsiri robinlər, bülbüllər və sərçələr kimi kiçik quru quşlarında müşahidə olundu. Su quşlarına, əsasən ördəklərə, qazlara isə çox az təsir göstərdi. Biz onu da müəyyən etdik ki, əgər troposferdə ozon 1980-ci ildəki səviyyəsində qalsaydı quşların sayı 1,5 milyard azalardı. 

Müzakirə 

Araşdırmamız hava çirkliliyi üçün nəzərdə tutulmuş proqramların kiçik quru quşlarına da fayda verdiyini ortaya çıxardı. Bu hal, quşların da dolayı yolla havanın çirklənməsindən zərər gördüyünü göstərdi. Ozonun quşlar üçün zərərli olmasının bir neçə səbəbi var. Biz bilirik ki, troposfer ozonu elmi araşdırmalarda isbat olunur ki, quşun tənəffüs sisteminə zərər verə bilir və immuniteti aşağı sala bilir. Digər tədqiqatlar göstərir ki, troposferdəki ozonun quşların yaşayışı üçün lazım olan bitki və həşəratlara da zərər verir. Bu təsirlər sağlam quşların ölümünü artırır və onlar çoxala bilmirlər. Nəticədə yumurta qoyan quşlar və onlardan çıxan balalar azalır. EPA-nın havanın çirklənməsi proqramları olmasa idi, quş populyasiyaları daha çox azalacaqdı. Bunun nə üçün əhəmiyyəti var? Quşlar təbiətdə müxtəlif əhəmiyyətli rollara sahibdir və bu rollara görə insanlar onları qorumaqla cəmiyyətə də fayda vermiş olur. Misal üçün, quşlar bitkilərə zərər verən həşəratları yedikdə məhsulu zərərvericilərdən qorumuş olurlar. Fermer təsərrüfatı ilə məşğul olan insanlar pul xərcləmədən zərərvericilərdən xilas olduqları üçün xeyli pula qənaət etmiş olur. Əks halda insanlar içməli suları çirkləndirən müxtəlif kimyəvi maddələrə pul xərcləməli olur. Quşlar həm də təbiət turizmi olaraq pul gətirir. Belə ki, insanlar quşları seyr etmək səyahət edir və qoruqlara ödəniş edərək daxil olur. Havanın çirklənməsi ilə bağlı siyasətimiz daha da vacibdir, çünkü quş populyasiyalarının mühafizəsinə havanın təmiz olması böyük töhfə verir. 

Yekun

İnsanları havanın çirklənməsindən qorumaqla quşları da mühafizə edə bilərik. Hökümətlər artıq atmosferimizi təmiz saxlamaq üçün havanın çirklənməsinə dair qanunlar yartmağa və tətbiq etməyə başlamışdır. Bəs siz quşlara kömək etmək üçün nə edə bilərsiz? Avtomobildən daha az istifadə edərək siz havaya buraxılan azot oksidlərini azalda bilərsiniz. İctimai nəqliyyatdan istifadə etmək, velosiped sürmək, və ya bacardıqca piyada gəzmək havanın çirklənməsini azalda bilir. Təmiz hava isə ilə hər bir halda həm siz, həm də quşlar daha faydalı olacaq.

Fayllar