Ağıllı telefonlar bizim yuxumuza necə təsir göstərir?

Ağıllı telefonlar bizim yuxumuza necə təsir göstərir?

Sei Yon Sohn

Lauren Krasnoff 

Tərcümə: Nərgiz Vəliyeva

Xülasə

Bəs sənin ağıllı telefonun varmı? Onlar bizim üçün olduqca faydalıdır və biz onlarsız həyatımızı təsəvvür edə bilmərik. Amma eyni zamanda da zərərli ola bilərlər. Məsələn, bəzi insanlar telefondan asılı vəziyyətə düşə bilərlər. Digər asılılıqlar kimi, bu da bir çox problemlərə gətirib çıxarır. Bəs bizim yuxumuza təsir göstərirmi?

Bunun cavabını tapmaq üçün 1043 şagirddən bu 2 sualı soruşduq. Bu bizə nə qədər şagirdin ağıllı telefon asılılığından əziyyət çəkdiyini öyrənməyimizə kömək etdi. Həmçinin göstərdi ki, nə qədər şagird bunun nəticəsində yuxu azlığından əziyyət çəkir. Biz bu nəticəyə gəldik ki, ağıllı telefon asılılığı gənc şagird və tələbələr arasında olan ümumi problemdir. Həmçinin ağıllı telefonlardan asılılıqla zəif yuxu arasında da güclü əlaqə olduğunu gördük.

Giriş

Siz bilirdinizmi ki, Amerika birləşmiş ştatları əhalisinin 4-də 3-dən daha çoxunda smartfon var? Ağıllı telefonları istifadə etmək çox rahatdır. Onlar sizə dünyanın hər yerində axtardığınızı tapmaqda və digər insanlarla əlaqə qurmaqda kömək edirlər. Ağıllı telefonlarınızla siz şəkil çəkə, oyun oynaya hətda təhsil belə ala bilərsiniz. Bəs bu telefonların mənfi cəhətləri nələrdir? Ortalama olaraq götürsək, insanlar günlərinin 4 saatını telefon istifadə edərək keçirirlər. Əgər hesablasaq bu bir ildə 1,460 saat edir. Əgər onlardan çox istifadə etsək, bu çox zərərli ola bilər. Smartfonlar asılılıq yarada bilər və bu, onlardan istifadə zamanı problemə səbəb ola bilər. Bu, yeniyetmələr və gənclər üçün keçərlidir. İnsanlar üz-üzə ünsiyyətə olan marağını itirə bilər. Telefonları ətrafda olmayanda narahat ola bilərlər. Smartfon asılılığı şagirdlərin məktəb qiymətlərinə də mənfi təsir göstərə bilər. Bəs yuxumuz? Bir çox araşdırmalar göstərdi ki, telefonla uzun müddət məşğul olmaq yuxumuz üçün də pisdir. Telefonla çox məşğul olmaq, yuxuya getməyi çətinləşdirə və səhər oyanmağı daha da çətinləşdirə bilər. Bəs həqiqətən telefonunuzdan asılılıq,  normal telefon istifadəsindən fərqlidirmi? Bu vəziyyət, yəni ekranda çox vaxt keçirmək problemidirmi, yoxsa yuxu problemidirmi? Bunu öyrənmək istədik.

Metod

Yaşı 18 ilə 30 arasında olan 1043 Böyük Britaniya tələbəsinə iki anket  ilə müraciət etdik. 
 İlk sorğu tələbələrin smartfon asılılığı olub olmadığını, ikinci anket isə yuxu problemləri olub olmadığını öyrənmək üçün idi. 
Orta hesabla həftə içi gecə saat neçədə yatırsınız?
Siz adətən neçə saat yatırsınız?
Smartfonunuzdan ən son nə vaxt istifadə edirsiniz?
Daha sonra iki dəyişən arasında bir assosiasiyanın olub olmadığını öyrənmək üçün məlumatları təhlil etdik.
- smartfon asılılığı və yuxu

- smartfon asılılığı və yaş

- etnik mənsubiyyət

- cins.

Nəticə

Tələbələrin təxminən 39%-i smartfon asılılığının bir neçə əlamətini göstərib. Bu 21 yaşdan kiçik tələbələr arasında daha çox yayılıb. Uzun müddətli istifadə asılılıq ilə güclü şəkildə əlaqələndirilir. Smartfonlarından gündə 5 saatdan çox istifadə edən tələbələrin təxminən 54%-i asılılıqdan əziyyət çəkirdi. Onlardan gündə 2 saatdan az istifadə edənlərinin yalnız 20% -i aludə sayıla bilərdi. Yatmazdan əvvəl smartfondan istifadə də həmçinin mühüm faktordur. Asılılıq səviyyələri: yatmazdan 30 dəqiqə əvvəl telefondan istifadə edən tələbələr arasında yüksək; yatmazdan bir saatdan daha əvvəl telefonlarından istifadəni dayandıranlar arasında aşağıdır. Asılılıq və gec saatlarda istifadə arasında da əlaqə var həmçinin. Gördüyümüz kimi, smartfon asılılığı daha pis yuxuya getməyə səbəb olur. Asılılıqdan əziyyət çəkən tələbələrin demək olar ki, 70% -i də pis yuxuya getdiyini bildirdi.

Müzakirə

İştirakçılar arasında smartfon asılılığının səviyyəsi yüksəkdir. Bu, xüsusilə gənc qrup hansı ki, 21 yaşdan aşağı tələbələr üçün doğrudur. Bunun səbəbi onların daha çox boş vaxtının olması ola bilər. Və ya smartfonları müxtəlif yollarla (məsələn, sosial media üçün) istifadə etməkdən məmnun olduqları üçün ola bilər. Telefonunuzdan daha uzun müddət istifadə etmək və ona aludə olmaq arasında əhəmiyyətli bir əlaqə var. Bəs insanlar asılı olduqları üçün telefonlarından daha çox istifadə edirlər? Yoxsa telefondan daha çox istifadə etdikləri üçün aludə olurlar? Bunu bilmək çətindir.

Asılılıq və gecə gec saatlarda telefonunuzdan istifadə arasında da əlaqə var. Məsələn, telefonunuzu gecə saat 1-dən sonra istifadə etsəniz, asılılıq riskiniz üç dəfə çox olar. Beləliklə, telefonunuzda keçirdiyiniz vaxt asılılıq yaratmaq üçün kifayət deyil. Ancaq bunu telefonunuzdan ən son istifadə etdiyiniz vaxtla birləşdirməyiniz yaxşı göstərici ola bilər. Araşdırmamız həmçinin göstərir ki, smartfon asılılığı insanların yuxusuna zərər verə bilər. Və bu təkcə orda keçirdiyiniz vaxt ilə bağlı deyil. İnsanlar telefonlarını gündə 2 saatdan az istifadə etdikdə belə, asılılıqdan və pis yuxudan əziyyət çəkə bilər. Ancaq gec saatlarda və ya yatmazdan əvvəl istifadə etmək tələbələrin yuxusuna zərər vurur.

Yekun

Smartfonunuz varsa, bu sizin sağlamlığınıza pis təsir göstərə bilər. Gələcək problemlərin qarşısını almaq üçün telefonda keçirdiyiniz vaxtı izləmək yaxşı fikirdir. Xüsusilə gün ərzində tez-tez yuxulu olursunuzsa, yatmazdan əvvəl telefonunuzu özünüzdən kənara qoymalısınız! Smartfonunuz olmasa belə, zərərli ola biləcək başqa ekranlar da var. Ekranlara sərf etdiyiniz vaxtı azaltmağa çalışın və müsbət təsirləri görün!